İDMAN


Avstriyalı tennisçi Dominik Tim “US Open” turnirinin qalibi olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirdə kişilərin yarışının həlledici görüşündə avstriyalı tennisçi Diminik Tim və almaniyalı Aleksander Zverev üz-üzə gəliblər.

Görüş Dominik Timin qələbəsi ilə başa çatıb - 2:6, 4:6, 6:4, 6:3, 7:6 (8:6).

Turnirin tarixində ilk dəfə çempion beşinci setdəki tay-breyk nəticəsində müəyyənləşib.

İyirmi yeddi yaşlı tennisçi karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyasından turnirin qalibi adını qazanıb.

O, 2018-ci və 2019-cu illərdə “Roland Garros”, 2020-ci ildə “Australian Open” turnirlərin finalına kimi yüksələ bilib.

Qeyd edək ki, Dominik Tim yarımfinalda Rusiya idmançısı Danil Medvedevi (6:2, 7:6, 7:6), Aleksander Zverev isə ispaniyalı Pablo Karrenyo-Bustanı (6:3, 6:2, 3:6, 4:6, 3:6) məğlub ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.