İQTİSADİYYAT


Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bakı, 25 may, AZƏRTAC

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gücləndirilmiş iş rejimində çalışır, avtomobil yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.

Bu barədə AZƏRTAC-a Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər hansı problemi aradan qaldırmaq məqsədilə qurumun tabeliyində olan bütün Məhdud Məsuliyyətli Cəmiyyətlərin canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.

Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi problemlərlə bağlı AAYDA-nın “qaynar xətt”i olan (012) 599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.