REGİONLAR
Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyəti sədrinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun Şabran şəhərində, Siyəzən və Şabran rayon sakinləri ilə nəzərdə tutulan qəbulun tarixi dəyişdirilərək avqustun 26-sı saat 10:00-a keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, Saleh Məmmədovun qəbulu Şabran şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Şabran və Siyəzən rayonunun sakinləri iştirak edə bilərlər.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə dair olmalıdır. Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]