CƏMİYYƏT
Avtomobil qaçıran şəxsin borclu qismində axtarışda olması da müəyyənləşdirilib
Bakı, 12 may, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinə mayın 11-də saat 1 radələrində Masazır qəsəbəsi ərazisindən Quba rayon sakini P.Əkbərova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İntiqam Məmmədov avtomobillə birgə saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə, həmçinin borclu qismində axtarışda olması müəyyənləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]