ELM VƏ TƏHSİL


Axıska türklərinin elmi tədbirlərə cəlb olunması ilə bağlı müzakirələr aparılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud İşık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsində olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri Güllü Yoloğlu və şöbənin aparıcı elmi işçisi Mehparə Əliyeva qonaqlarla görüş zamanı gələcək əməkdaşlıq planlarından, axıskalı gənclərin elmi tədbirlərə cəlb olunmasından, bölgələrə etnoqrafik ekspedisiyaların təşkilindən danışıblar.

Mövlud İşık isə öz növbəsində ictimai birliyin gördüyü işlərdən, Qarabağ döyüşlərində şəhid olan axıskalıların igidliyindən, Vətən sevgisindən, gələcək əməkdaşlığın perspektivlərindən söhbət açıb, şöbəyə bir neçə kitab, dərgi və qəzet hədiyyə edib.

Görüşdə, həmçinin Novruz bayramı ərəfəsində institutun Türk xalqlarının etnoqrafiyası şöbəsi ilə Dünya Türkologiya Mərkəzi tərəfindən birlikdə keçirilməsi nəzərdə tutulan “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfransla bağlı fikir mübadiləsi də aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.