CƏMİYYƏT
Axtarışda olan doqquz nəfər saxlanılıb
Bakı, 4 iyul, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 101 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə doqquz nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə bir nəfər, borclu şəxs qismində axtarışda olan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, altı nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.