İQTİSADİYYAT


“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə lisenziyaların verilməsi davam edir

Bakı, 9 avqust, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və “Microsoft” şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının “Microsoft” lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

MMC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir.

“AzInTelecom” cari ayın əvvəlindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının ödənişsiz verilməsinə başlayıb. Artıq 46 ali təhsil müəssisəsi və 379 tələbə tərəfindən “Windows 10 Education” və “Office 365 Education” proqram təminatlarının lisenziyaları istismar olunur.

Xatırladaq ki, hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə lisenziyalı proqram təminatı istifadəçilərinin sayının artımına gətirib çıxaracaq.

Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.