ELM VƏ TƏHSİL


AzMİU-da tələbələrin istehsalat təcrübəsinin təşkilinə xüsusi əhəmiyyət verilir

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin təhsil aldıqları müddətdə topladıqları nəzəri biliklərini praktik qabiliyyətə çevirmək məqsədilə istehsalat təcrübəsinin təşkilinə xüsusi əhəmiyyət verilir. Hər il olduğu kimi, bu il də universitetin tələbələri ikinci semestrin ilk günündən ixtisaslarına uyğun olan istehsalat müəssisələrində təcrübəyə yollanıblar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, prorektorlar Ülkər Səttarova və Akif Qasımovun rəhbərliyi ilə təcrübə və karyera şöbəsinin əməkdaşları, kafedra müdirləri həmin müəssisələrdə yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər.

AzMİU-nun nümayəndə heyəti bu günlərdə “Baku Steel Company”, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, “ArchiCO Engineering Group” MMC, “Qrant Proje” MMC, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təcrübəyə cəlb olunan tələbələrlə görüşüblər. Görüşdə buraxılış mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları, eləcə də digər məsələlər barədə müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.