ELM VƏ TƏHSİL


AzMİU-nun tələbələri Mərkəzi Bankın müsabiqəsində qalib olublar

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 60 tələbəsi Mərkəzi Bankın Virtual Təhsil Platformasında yerləşdirilmiş kurslar üzrə müsabiqədə iştirak edib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak edən tələbələrdən Nigar Mirzəyeva, Nuriyyə Şəfizadə və Zülfiyyə Əlizadə qalib olublar. Həyat Ağayeva, Tükəzban Hüseynova, Aygün Quliyeva, Tünzalə Şahbazova və Lalə Abdurəhmanova isə müsabiqədə fərqləniblər.

Qalib olan və fərqlənən tələbələrə Mərkəzi Bank tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.

Müsabiqədə uğur qazanan tələbələrlə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecmenti kafedrasında görüş keçirilib. Görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri Məhəbbət Məmmədov və kafedranın müəllimləri iştirak ediblər.

Qeyd edək ki, müsabiqə Biznesin iqtisadiyyatı və menecmenti kafedrası ilə Mərkəzi Bank arasındakı əməkdaşlığa əsasən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.