ELM VƏ TƏHSİL
AzTU komandasının Basketbol üzrə Tələbə Liqasında qələbə sevinci davam edir
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, liqanın 12-ci turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 105:86 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Qeyd edək ki, liqanın oyunlarında AzTU-nun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, ADNSU-nun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Universitetinin və Xəzər Universitetinin komandaları iştirak edir.
Oyunları “AzTU TV” yutub kanalından canlı izləmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:07]
Dünyaşöhrətli alim "Yeni çağırışlar"da
- 07.05.2024 [18:16]