CƏMİYYƏT


“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək

Bakı, 4 oktyabr, AZƏRTAC 

Oktyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin, IDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “Isma Bike”ın iştirakı ilə “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, veloyürüş saat 10:00-da Azneft meydanından start götürəcək və Heydər Əliyev Mərkəzinədək davam edəcək.

Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin yerinə yetirilməsinə diqqət çəkmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.