Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“AzerGold” QSC-də 2018-ci ilin yekunları müzakirə olunub

"AzerGold" QSC-nin baş ofisində 2018-ci ilin yekunlarına həsr olunan geniş tərkibli iclas keçirilib. İclası giriş sözü ilə açan "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı haqqında geniş söhbət açıb. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin ölkə ərazisində fəaliyyət göstərən hər bir müəssisənin inkişafı üçün münbit şərait yaratdığını bildirən sədr 2018-ci ilin ölkəmiz kimi, "AzerGold" QSC üçün də uğurlu olduğunu vurğulayıb. Ötən il QSC tərəfindən Çovdar yatağından 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib ki, bu da 2018-ci il üçün müəyyən olunan hasilat planını üstələyərək 2017-ci il qızıl hasilatı üzrə göstəricilərdən 34 faiz, gümüş hasilatı üzrə göstəricilərdən 53 faiz çoxdur.

İclasda, həmçinin hasilatın daha da optimallaşdırılması və yeni texnologiyaların tətbiqi müzakirə olunub. Bildirilib ki, "AzerGold" QSC tərəfindən davamlı olaraq həyata keçirilən optimizasiya işləri və müasir texnologiyaların tətbiqi sayəsində qızıl hasilatının maya dəyəri aşağı düşüb. Qiymətli metalların tükənən sərvət olduğu nəzərə alınaraq QSC tərəfindən perspektivli istiqamətlərdə kəşfiyyat və tədqiqat işləri davam etdirilir. 2018-ci ildə "AzerGold" QSC tərəfindən yeraltı (sulfid) filizlərin ehtiyatlarını artırmaq məqsədilə Daşkəsən rayonunda yerləşən Çovdar yatağında, Çovdar yatağının yaxın cinahında yerləşən və "AzerGold" QSC-nin geoloqları tərəfindən ötən il kəşf olunmuş Ağyoxuş qızıl təzahürü sahəsində, Göygöl inzibati rayonunda yerləşən Tülallar sahəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində ümumilikdə 17 min metrədək buruq-qazma işləri aparılıb, metallurji, laborator, geotexniki, hidroloji tədqiqatlar həyata keçirilib, Filizçay polimetal yatağı üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb. Aparılan tədqiqat və kəşfiyyat işlərinin məntiqi nəticəsi olaraq "AzerGold" QSC-nin istifadəsində olan sahə və yataqlar üzrə əlvan və qiymətli metal ehtiyatları beynəlxalq qiymətləndirmə standartları çərçivəsində təsdiqlənib, 2016-cı ilə nisbətdə 20 dəfəyə yaxın artıma nail olunub.

Tədbirdə, həmçinin cari il üçün hasilat planı da müzakirə olunub. 2019-cu ildə "AzerGold" QSC tərəfindən Çovdar yatağının yerüstü (oksid) istismar mərhələsi çərçivəsində hasilat planına uyğun olaraq 50 min unsiya qızıl və 87 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub ki, bu da 2018-ci ilin qızıl hasilatından 10 faiz, gümüş hasilatından 13 faiz çoxdur.

Qeyd edilənlərlə yanaşı, "AzerGold" QSC dağ-mədən sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək, uzunmüddətli strateji hədəflərə nail olmaq üçün aparılan kəşfiyyat işləri ilə yanaşı, keçmişdə görülmüş tədqiqat və kəşfiyyat işləri sənədlərini tədqiq edir, onların beynəlxalq standartlara uyğun rəqəmsallaşdırılması, habelə iqtisadi səmərəliliyini qiymətləndirmək üçün müvafiq işlər aparır. Bu istiqamətdə görülən tədbirlər bu il də davam etdiriləcək.

2018-ci il fəaliyyətin elektronlaşdırılması nöqteyi-nəzərdən də "AzerGold" QSC üçün uğurlu olub. Belə ki, ötən il "AzerGold" QSC-də maliyyə, təchizat, insan resursları və anbar təsərrüfatı üzrə mərkəzləşdirilmiş elektron sistem yaradılıb, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlanılıb. Bu, sənəd dövriyyəsinin sürətləndirilməsi və QSC-nin fəaliyyətinin elektronlaşdırılması ilə yanaşı, şəffaflığın təmin edilməsinə də öz əhəmiyyətli töhfəsini verəcək.

Müasir standartlar əsasında işləyən şirkət olaraq "AzerGold" QSC təhlükəsiz əmək şəraitinin yaradılmasına və ətraf mühitin mühafizəsi tədbirlərinə böyük önəm verir. Cəmiyyətin fəaliyyət sahəsindəki bütün iş yerlərində qanunvericiliyin tələblərinə müvafiq təhlükəsiz əmək şəraitinin yaradılmasına, işçilərin müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, onların həyat və sağlamlığının qorunmasına, iş prosesi zamanı bədbəxt hadisənin minimuma endirilməsinə, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir. Bu məqsədlə QSC-nin əməkdaşlarına yüksək ixtisaslı və peşəkar biliklərə malik olan yerli, xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 2018-ci ildə 100-dək təlim keçirilib. İstehsalat sahəsində ekoloji tələblər təsdiq edilmiş "Ekoloji monitorinq proqramı"na uyğun olaraq təmin edilir. Hava, torpaq və su nümunələri üzərində aparılmış təhlillərin nəticələri norma daxilindədir. Cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan bütün növ tullantıların düzgün idarə olunması daim nəzarətdə saxlanılır.

2018-ci ildə dağ-mədən sənayesi və yan sahələrdə mütəxəssislərin formalaşdırılmasını, elmi-texniki inkişafı, dağ-mədən və yerin təkindən istifadə üzrə milli siyasət və qanunvericiliyinin təkmilləşdirilməsini, peşəkar artımı, innovativ texnologiya və yanaşmaların araşdırılmasını, həmçinin ölkəmizin elmi potensialının dağ-mədən sənayesində tətbiqini nəzərdə tutan əməkdaşlıq şəbəkəsi uğurla inkişaf etdirilib. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ADA Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalanıb, AMEA və bir neçə ali təhsil ocaqları ilə mövcud əməkdaşlıq uğurla davam etdirilib. Bununla yanaşı olaraq, ötən il "AzerGold" QSC ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, "Made in Azerbaijan" brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin olunması və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyan Azərbaycan qızılı və gümüşündən 999,9 əyarlıq külçə və sikkələrin istehsalı layihəsinə başlayıb.

Keçən il "AzerGold" QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsi fəaliyyətini uğurla davam etdirib. Belə ki, QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində iki ağacəkmə aksiyası və iməcilik keçirilib, Çovdar kənd məktəbi kitabxanasının müasirləşdirilməsinə və yerli maldarlara dəstək tədbirləri təşkil edilib, tarixçi alimlər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Təqaüd Proqramı elan olunub və yekunlaşdırılıb. Bu il də "AzerGold" korporativ sosial məsuliyyət tədbirlərini davam etdirməyi nəzərdə tutur. 2019-cu ildə Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində "Kiçik və orta aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası üzrə təlim" və "Məhkum qadınların sosial adaptasiyasına dəstək", həmçinin Daşkəsən rayonunun Quşçu kəndində xalça sexinin təsisi layihələri üzrə hazırlıq işlərinin həyata keçirilməsi, sosial elmlərin inkişafı, o cümlədən tarixi araşdırmaların təşviqini əhatə edən layihələrin icrası, ağacəkmə aksiyalarının və iməciliklərin təşkili planlaşdırılır.

Hazırda "AzerGold" QSC Çovdar yatağında hasilat işlərini uğurla davam etdirir. Bu yatağın uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 milyon 523 min 220 manat vergi ödənilib. Bu il, Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, Filizçay yatağında, Ağyoxuş və Tülallar qızıl təzahürləri sahələrində, Ortakənd-Xanağa sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır. Cəmiyyət tərəfindən icrası nəzərdə tutulan işlər qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, dağ-mədən sahəsinin uzunmüddətli kompleks inkişafı üçün münbit şərait yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək