MƏDƏNİYYƏT


“Azerbaijan Fashion Week” açılışında Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub

Bakı, 23 may, AZƏRTAC

Ölkənin rəsmi moda həftəsinin 14-cü mövsümünün açılışında – “Azerbaijan Fashion Week” (Azerbaijan Moda Həftəsi) Daş Salnamə Muzeyində məşhur dizayner Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub. AZƏRTAC xəbər verir ki, “Cizgi by Gulnara Khalilova” defilesi böyük maraqla qarşılanıb və tamaşaçıların alqışları ilə müşayiət olunub.

Azərbaycan Moda Həftəsi həmişə olduğu kimi, bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq. 14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir. Nümayişlər isə əsas mövzu üzərində qurularaq böyük bir marağa səbəb salacaq.

Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiyada və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.