SİYASƏT


Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb

Nyu-York, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıblar. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Zirvə görüşündə Argentina nümayəndə heyətinin iştirakının məmnuniyyət doğuracağını həmkarının diqqətinə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.