SİYASƏT


Azərbaycan-Çexiya münasibətlərinin daha da inkişafında diaspor təşkilatlarımızın üzərinə mühüm vəzifələr düşür

Bakı, 4 sentyabr (AZƏRTAC). Azərbaycanın Çex Respublikasına yeni təyin olunmuş səfiri Fərid Şəfiyev bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Praqada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Çex Respublikası arasında mövcud dostluq münasibətlərinə toxunan səfir, əlaqələrin inkişaf etdirilməsində diaspor nümayəndələri və eləcə də tələbələrimizin rolunun vacibliyini vurğulayıb. O, gələcəkdə də bu istiqamətdə birgə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə diasporun iştirakı və təşəbbüsü ilə irəli sürülən bir sıra layihələr müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.