ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin magistraturasının boş qalan yerlərinə sənəd qəbulu onlayn aparılacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) magistraturasının boş qalan yerlərinə qəbul olmuş bakalavrların sənəd qəbulu onlayn aparılacaq.
ADU-dan AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci tədris ilində magistraturanın boş qalan yerlərinə qəbul olanların qeydiyyatının aparılması üçün sənədlərin skan edilmiş surətləri sentyabrın 9-u saat 18:00-dək magistratura-[email protected] ünvanına göndərilməlidir.
Sənədlərin qəbuluna dair gün ərzində təsdiqedici cavab alınmadığı halda prosesi təkrarlamaq xahiş olunur.
Qeydiyyatın aparılması üçün tələb olunan sənədlər (eyni vaxtda göndərilir):
-Diplоm (cаri ilin məzunlаrı isə diplоm əvəzi аrаyış);
-Təhsil haqqını ödədiyinə dair qəbz (bank rekvizitləri saytda yerləşdirilib).
Sаğlаmlıq hаqqındа аrаyış:
-Çаğırışçı məntəqəsinə təhkim еdilmə hаqqındа vəsiqə və yа hərbi bilеt;
-Şəхsiyyət vəsiqəsi;
-İmzalanmış müqavilə (müqavilə saytda yerləşdirilib);
-Fоtоşəkil (3х4 ölçüdə);
-Bakalavrın qəbul imtahanının nəticə vərəqəsi (yaxud iş nömrəsi və şifrə).