ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsə çevrildi

Bakı, 15 avqust. AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsə çevrildi.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərin görülməsini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.