İQTİSADİYYAT


Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Tbilisi, 19 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Gürcüstandan MDB ölkələrinə 1 milyard 105,8 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz çoxdur və Gürcüstanın ümumi xarici ixracatının 52,6 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Hesabat dövründə Avropa İttifaqı ölkələrinə 503,5 milyon dollar dəyərində və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çox mal ixrac olunub.

Yanvar–iyul aylarında Gürcüstandan Rusiyaya - 303 milyon dollar dəyərində mal ixrac edilib. Rusiya bu göstərici ilə birinci yerdədir. Gürcüstanın mal ixrac etdiyi ölkələr sırasında ikinci yerdə Azərbaycandır. Sonrakı yerlərdə ilk beşlikdə Ermənistan, Bolqarıstan və Ukrayna yer alıb.

Gürcüstanın mal idxalında isə azalma müşahidə olunub. Hesabat dövründə Gürcüstan MDB ölkələrindən 1 milyard 303,1 milyon dollar dəyərində mal idxal edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azdır. Gürcüstan həmin dövrdə Avropa İttifaqı ölkələrindən 1 milyard 280,2 milyon dollar və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz az mal idxal edib. Gürcüstanın ən çox mal idxal etdiyi ölkələr sırasında Türkiyə, Çin, Rusiya, Azərbaycan və Almaniya ilk beşlikdə qərarlaşıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.