ELM VƏ TƏHSİL


Azərbaycan Kooperasiya Universitetində ingilis dilində açıq seminar dərsi təşkil olunub

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Kooperasiya Universitetində (AKU) bu ali məktəbin maliyyə fakültəsi və Azərbaycan Dillər Universitetinin linqvokulturologiya kafedrası tərəfindən açıq seminar dərsi keçirilib.

AKU-dan AZƏRTAC-a bildiriblər ki, maliyyə fakültəsinin dekanı, dosent Səbinə Vəliyeva müştərək dərsin “İqtisadiyyatda ingilis dilinin rolu” mövzusunda olduğunu bildirib və bu layihənin tələbələrin böyük marağı və fəal iştirakı ilə ərsəyə gəldiyini diqqətə çatdırıb.

Seminarda ingilis dilinin iqtisadiyyatın hər bir sahəsindəki böyük rolundan bəhs edilib. Tələbələr müasir dövrdə həm ölkəmizdə, həm dünyada iqtisadiyyatın müxtəlif sahələrində, beynəlxalq ticarət, maliyyə, bank sektoru, biznes idarəçiliyi, marketinq, turizm və digər sahələrdə ingilis dilinin dominant dil olduğunu vurğulayıblar.

İngilis dilində keçirilən seminarda hər iki ali məktəbin tələbələri yüksək səviyyədə öz bacarıqlarını nümayiş etdirməyə çalışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.