İDMAN
Azərbaycan-Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib
Bakı, 11 oktyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Malta futbol oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiç olacaqlar. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək.
Azərbaycan-Malta oyunu oktyabrın 14-də saat 20:00-da başlayacaq.
Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]