İDMAN


Azərbaycan Milli Paralimpiya Komitəsində beynəlxalq əlaqələr üzrə yeni strategiya hazırlanır

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) beynəlxalq əlaqələr üzrə yeni strategiya hazırlanır.

AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, yanvarın 22-də keçirilən iclasda beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı 2020-ci il üçün hazırlanmış yol xəritəsinin təqdimatını edib.

R.Hacılı ötən dövrdə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib, 2020-ci ildə nəzərdə tutulan işləri təqdim edib. Komitənin beynəlxalq əlaqələrinin əsas strategiyasını Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar, fondlar və digər qurumlarla qarşılıqlı əlaqələrin qurulması və inkişafı təşkil edir.

Təqdim olunan yol xəritəsi geniş müzakirə edilib, bunun əsasında strategiyanın və onun icrası ilə bağlı tədbirlər planının hazırlanması tapşırığı verilib.

AMPK-nın prezidenti İ.Rəhimov bu ilin Paralimpiya Oyunları ili olduğunu qeyd edib və beynəlxalq əlaqələrin inkişafının paralimpiadaya hazırlığın vacib tərkib hissəsi olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.