SİYASƏT


Azərbaycan Ordusunun “Qisas” əməliyyatı Qırğızıstan mətbuatının da diqqət mərkəzində olub

Bakı, 4 avqust, AZƏRTAC

Qırğızıstanın turktoday.info portalı Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı barədə geniş materiallar yayıb.

AZƏRTAC-a istinadla yayılan materiallarda Azərbaycanın haqlı mövqeyi barədə qırğız oxuculara məlumat verilib.

Yazılarda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Ordumuzun bölmələrinə qarşı terror-təxribat əməli törətdikləri bildirilib. Eyni zamanda, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyinin, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan haqlı olaraq qanunsuz erməni silahlı dəstələrinin öz ərazisindən çıxarılmasını tələb edir. Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi oxucuların diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.