İDMAN
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”nin qapısından iki cavabsız top keçirib
Bakı, 15 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 15-də futbol üzrə futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində ilk qolu 31-ci dəqiqədə Mahir Emreli vurub. Qarşılaşmanın 69-cu dəqiqəsində isə Abdullah Zubir topu rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 12-ə çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Neftçi" isə 4 xalla 5-ci yerdədir.
Qeyd edək ki, dördüncü turun digər görüşlərində "Zirə" səfərdə "Sumqayıt"ı (2:1), "Səbail" "Keşlə"ni (2:1), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]