RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO
Münxen, 5 fevral, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gəliblər.