RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Lyublyana şəhərinin meri başda olmaqla Sloveniyanın müdafiə, iqtisadi inkişaf və texnologiyalar nazirlərinin daxil olduğu nümayəndə heyətini qəbul etmişdir VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Lyublyana şəhərinin meri başda olmaqla Sloveniyanın müdafiə, iqtisadi inkişaf və texnologiyalar nazirlərinin daxil olduğu nümayəndə heyətini qəbul etmişdir  VİDEO

Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla Sloveniyanın müdafiə naziri Roman Yakiçin və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Sloveniya Respublikasına səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Sloveniya nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Lyublyana şəhərinin meri Zoran Yankoviç paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. O, Prezident İlham Əliyevin Sloveniyaya uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, informasiya-kommunikasiya texnologiyaları, sərmayə qoyuluşu, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin