SİYASƏT


Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs verib, onu daha da canlandırıb VİDEO

Paris, 28 oktyabr, AZƏRTAC

Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupu Azərbaycanın sədrliyi çərçivəsində çox fəaldır. Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs verib, onu daha da canlandırıb.

Azərbaycanla UNESCO arasında yüksək əməkdaşlıq var. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı Azərbaycanın irəli sürdüyü bir çox təşəbbüslər böyük əhəmiyyət daşıyır. UNESCO Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşlarından biridir. UNESCO çərçivəsində Azərbaycan Afrika ölkələri ilə bağlı çoxsaylı mühüm layihələr həyata keçirib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun Afrika prioriteti və beynəlxalq əlaqələr üzrə Baş direktorunun müavini Eduard Matoko deyib.

E.Matoko bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində çox fəaldır. Çoxsaylı tədbirlər təşkil olunur. Təkcə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Qoşulmama Hərəkatı ilə bağlı artıq ikinci tədbirdir. UNESCO-nun mənzil-qərargahında da Qoşulmama Hərəkatı ilə bağlı tədbirlər keçirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.