ELM VƏ TƏHSİL
“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda konfransa məqalə qəbul olunur
Bakı, 13 sentyabr, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutunda “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda oktyabrın 14-də keçiriləcək respublika elmi konfransına məqalə qəbul olunur.
Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 15-dək [email protected] ünvanına göndərməlidirlər.
Konfrans “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri”, “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi”, “Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri”, “Azərbaycan dövlətinin güc meyarları”, “Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində”, “İkinci Qarabağ müharibəsi və nəticələri”, “Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim” bölmələrini əhatə edəcək.