ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti daha bir ilkə imza atıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) daha bir ilkə imza atıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, 2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq. Bunun üçün abituriyentlər AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcək. Qeydiyyatdan keçmiş abituriyent üçün “Şəxsi kabinet” açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin olunacaq.

Qeyd edək ki, sistem ixtisas seçimi bitdikdən sonra fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.