ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin müəllimi onlayn beynəlxalq elmi konfransda məruzə edib

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının əməkdaşları - professor Bayram İbrahimov və dosent Mehman Həsənov Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində keçirilən iki günlük onlayn beynəlxalq elmi konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, “Təhsil və elmdə infokommunikasiyanın aktual problemləri” adlı beynəlxalq konfransda professor Bayram İbrahimov “İnnovativ texnologiyalar bazasında çoxxidmətli telekommunikasiya şəbəkələrinin buraxma qabiliyyətinin göstəricilərinin təhlili və tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.