CƏMİYYƏT


Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransı keçirilib

Bakı, 9 fevral, AZƏRTAC

Sinir sisteminin anadangəlmə anomaliyaları son dövrlər aktual problemlərdən sayılır. Aparılan araşdırmaya görə, dünyada diridoğulan 1000 körpədən 6-11-i qüsurlarla anadan olur. Bətndaxili qüsurların diaqnostikası və korreksiyası neyrocərrahlarla yanaşı, həm də ginekoloq və nevropatoloqları ciddi narahat edən məsələlərdəndir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransında həmin problem müzakirə olunub.

Konfransın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Rövşən Xəlilzadə rəhbərlik etdiyi Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin mütəmadi olaraq keçirdiyi konfrans və simpoziumlarda peşəkar mütəxəssislər, o cümlədən xaricdən dəvət olunan tanınmış alimlərin təqdimatları, bilik və təcrübələrini bölüşməsi həkimlərin peşəkar fəaliyyətində də faydalı rol oynadığını qeyd edib.

İstanbul Kanuni Sultan Süleyman Egitim və Araşdırma Xəstəxanasının dosenti Ali Gedikbaşı, İstanbul Bilim Universitetinin dosentləri İbrahim Alataş və Hüseyn Canazın xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı məruzələri dinlənilib.

Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının dosenti Cəmil İskəndərovun Tethered kord sindromunun cərrahi müalicəsinə həsr olunan təqdimatla çıxış edib.

Konfransda mövzular ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.