MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunda dil müəllimlərinin attestasiyası keçirilmişdir
Bakı, 8 sentyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) ingilis və rus dili müəllimlərinin attestasiyası keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, rektorun əmri ilə yaradılmış müvafiq attestasiya komissiyasının tərkibinə Bakı Dövlət və Bakı Slavyan universitetlərindən peşəkar müəllimlər daxil edilmişdir. Komissiya üzvləri tərəfindən 30 ballıq şkala üzrə qiymətləndirilmiş turizmin linqvistik təminatı kafedrasının 18 müəllimindən 10-u yüksək nəticə göstərmişdir.
Komissiya ingilis dili fənninin müasir tələblər səviyyəsində tədrisini həyata keçirmək məqsədilə birinci kurs tələbələrinin “level” üzrə qruplaşmalarını da müəyyənləşdirmişdir. İngilis dili müəllimlərinin peşə attestasiyası GRBS İELTS Mərkəzinin nümayəndələri ilə birlikdə test üsulu ilə, iki mərhələdə həyata keçirilmiş, 14 nəfər müsabiqə iştirakçısının hazırlığı qənaətbəxş olmuşdur. Attestasiya komissiyasının yekun nəticələri sentyabrın 13-də ATİ-nin böyük elmi şurasında müzakirə və təsdiq olunacaqdır.
ATİ gələcəkdə digər ixtisas fənləri üzrə də attestasiya keçirməyi planlaşdırır.