ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Vurğulanıb ki, 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri dəqiq müəyyənləşdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək qəbul edilib. 1993-2003-cü illər ərzində təhsil və səhiyyə sistemlərində islahatlara başlanılıb, elm, ədəbiyyat və idman səhələrində böyük uğurlar əldə olunub. Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanan və ötən illərdə böyük tərəqqi yolu keçən Azərbaycanda qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan edilib. Təkzibedilməz faktdır ki, Azərbaycanda, eyni zamanda, turizm, eləcə də sahə sənayesinin mərhələli dinamik inkişafı Ümummilli Liderin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır.

Tədbirdə ATMU-nun dillər kafedrasının müdiri Kəmalə Kərimova, doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsrullah Nəsirli, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, universitetin dosentləri Məhərrəm Zülfüqarlı, İzzət Əfəndiyev, Sədaqət Mustafayeva Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərindən söz açıblar.

Sonda “Dahi şəxsiyyət” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.