ELM VƏ TƏHSİL


Azərbaycan “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil olunacaq

Bakı, 14 iyul, AZƏRTAC

“WorldSkills Azerbaijan” platforması ölkəmizi kibertəhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yaşı 25-ə qədər olan və yarışda Azərbaycanı təmsil etmək istəyən gənclər iyulun 21-dək qeydiyyatdan keçə bilərlər.

Ən yaxşı nəticə göstərən iki namizəd iyulun 28-31-də “WorldSkills Asia” tərəfindən təşkil ediləcək kibertəhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ qazanacaq. Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkənin təmsilçiləri qatılacaq.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.