Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan XİN 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışını təqdim edib

Azərbaycan XİN 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışını təqdim edib

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2019-cu ilin yekunlarına dair mətbuat buraxılışını təqdim edib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Mətbuat buraxılışında deyilir ki, 2020-ci ildə bütün fəaliyyət istiqamətlərində olduğu kimi, beynəlxalq münasibətlər sistemi də COVID-19 pandemiyasının ciddi təsirinə məruz qalıb. Pandemiya səbəbindən ölkələr öz sərhədlərini bağlamağa və qapanmağa məcbur olub, beynəlxalq ticarət əlaqələri, həmçinin maliyyə bazarları tənəzzüllə uğramış və dünya ən böyük sosial-iqtisadi böhranlardan biri ilə üzləşib. Bəşəriyyətin ən ağır illərindən biri olduğuna baxmayaraq, cari ildə Azərbaycan Respublikası milli maraqlarına əsaslanan xarici siyasət kursunu uğurla davam etdirib.

Vətən Müharibəsi

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində baş verən 44 günlük müharibə zamanı işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edilib. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında qalan digər əraziləri də azad edilib. Bölgədə yeni reallıq yaradan, çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək 10 noyabr razılaşmasının zamini qismində Rusiya Federasiyasının və Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək olar.

Sentyabr-noyabr aylarında davam etmiş döyüşlər zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən müfəssəl hesabat hazırlanaraq BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib.

Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyinin göstərilməsinin qarşısının alınması istiqamətində “xeyriyyə təşkilatları” adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlanaraq BMT üzv dövlətlərində maliyyə monitorinqini həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara göndərilib, fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlərin görülməsi tələb edilib.

Həmçinin ötən dövrdə Azərbaycana qarşı yeni hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki şəxslərin məqsədyönlü hədəfə alınması, öldürülməsi, ictimai və şəxsi mülkiyyətin, mülki infrastrukturların hədəf alınması və bu əməllərin hüquqi qiymətləndirilməsi barədə mütəmadi hesabatlar hazırlanaraq BMT başda olmaqla, bütün aidiyyəti beynəlxalq təşkilatlara, habelə dövlətlərin Xarici İşlər nazirliklərinə təqdim olunub.

Hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına dəstək göstərərək, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycanla həmrəyliyini ifadə edən mövqedən çıxış edib.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyən və yüksək mənəvi yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin sarsılmaz olduğu növbəti dəfə özünü bariz şəkildə büruzə verib.

Azərbaycanın ağır günlərində onun haqlı mövqeyinə göstərilən birmənalı beynəlxalq dəstək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəffaf, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olub.

COVID-19 pandemiyası ilə mübarizə

Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrultmuş Azərbaycan Respublikası COVID-19 pandemiyası ilə mübarizə üzrə aparılan beynəlxalq səylərə öz töhfəsini əsirgəməyib. Azərbaycan bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib, həmçinin ICESCO və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA), eləcə də 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb.

Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə dair Zirvə görüşündə Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifi BMT-nin 150-dən artıq üzv dövləti tərəfindən dəstəklənib və dekabrın 3-4-də bu mövzuda xüsusi sessiyanın yüksək səviyyəli seqmenti keçirilib. Prezident İlham Əliyev xüsusi sessiyanın çağırılmasının təşəbbüskarı olaraq tədbirin açılış hissəsində Qoşulmama Hərəkatının sədri kimi, eləcə də ümumi müzakirələr zamanı milli qisimdə çıxış edib. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış edib. Natiqlər tərəfindən sessiyanın keçirilməsinin təşəbbüskarı olduğuna görə Azərbaycana təşəkkür ifadə edilib.

Azərbaycanın bu xoşməramlı və humanist təklifini dəstəkləməyən yeganə ölkə Ermənistan Respublikası olub ki, bu ölkə, həmçinin pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü də məhəl qoymayıb. Belə ki, iyulda Ermənistan yeni ərazilər işğal etmək və Azərbaycanın strateji enerji infrastrukturuna zərbə vurmaq məqsədilə Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Tovuz istiqamətində hərbi təxribatlara əl atıb. Daha sonra - avqustda bu ölkənin diversiya qrupu təmas xəttini keçməyə cəhd göstərib.

Parlament seçkiləri

Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT/DTİHB, Avropa Şurası, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, TDƏŞ və QDİƏT-ə Xarici İşlər Nazirliyi tərəfindən seçkiləri müşahidə etmək üçün dəvətlər göndərilib və beynəlxalq müşahidə missiyaları, habelə xarici ölkələrdən ikitərəfli əsasda gələn müşahidəçilər daxil olmaqla 900-ə yaxın beynəlxalq müşahidəçi seçkiləri müşahidə edib. ATƏT/DTİHB-in Seçki Müşahidə Missiyasının bu seçkilər üzrə ilkin qənaətlər barədə bəyanatında və yekun hesabatında Azərbaycanlı məcburi köçkünlərin səsvermə hüququnun təmin edilməsi istiqamətində görülən işlər, namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, qadın namizədlərin sayının artması, seçki prosesinin yaxşı idarə edilməsi və sair məqamlar əks olunub.

Beynəlxalq təşkilatlarda sədrlik

2020-ci ildə Azərbaycan Qoşulmama Hərəkatı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi həyata keçirilib.

İl ərzində ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi uğurla davam etdirilib. Sentyabrın 21-də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində BMT-nin 75-ci ildönümünə həsr olunan yüksək səviyyəli tədbirdə çıxış edib.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilən hərbi təxribatla əlaqədar iyulun 16-da Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun fövqəladə iclası keçirilib və tədbirin yekununda həmin təxribatı pisləyən kommünike qəbul edilib. Sentyabrın 27-də Ermənistanın yenidən başlamış hərbi təcavüz aktı ilə əlaqədar oktyabrın 9-da Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş iclasının gündəliyinə “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” başlıqlı bənd daxil edilib və həmin bənd altında xüsusi bəyannamə qəbul olunub. Bəyannamədə Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə edib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulayıb və Hərəkatın prinsipial mövqeyi əsasında ölkəmizlə həmrəy olduqlarını qeyd ediblər.

Bundan əlavə, Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olan 7 ölkəsi oktyabrın 19-da Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə olunduğu BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin məsələ ilə bağlı bəyanatının layihəsinin müzakirələri zamanı Qoşulmama Hərəkatının münaqişə ilə bağlı prinsipial mövqeyindən çıxış edərək ölkəmizə dəstək göstərib və Təhlükəsizlik Şurası sədri adından qərəzli bəyanatın qəbulunun qarşısını alıblar.

Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüzün qarşısının alınmasında Qoşulmama Hərəkatı ilə yanaşı, Türkdilli Dövlətləri Əməkdaşlıq Şurası (TDƏŞ) da Azərbaycanla həmrəyliyini nümayiş etdirib. Sentyabrın 28-də TDƏŞ-in Baş katibi bəyanatında münaqişənin Azərbaycanın suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğulayıb. Ümumilikdə, Azərbaycanın TDƏŞ-də sədrliyi yüksək fəallığı və səmərəliliyi ilə seçilib. Aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının cari sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə TDƏŞ-in COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib. Bu Zirvə görüşü dünyada COVID-19 pandemiyasına həsr edilən dövlət başçıları səviyyəsində ilk tədbir olub.

2020-ci ildə Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM-da sədrliyi çərçivəsində geniş spektrli əməkdaşlıq sahələri üzrə bir sıra dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Turizm Agentliyinin mütəxəssislərinin iştirakı ilə telekonfrans formatında çox saylı görüşlər və işçi iclaslar keçirilib.

İqtisadi əməkdaşlıq

Cari ildə Azərbaycanın hərtərəfli inkişaf strategiyasına xidmət edən xarici siyasət fəaliyyətində xüsusi diqqət iqtisadi münasibətlərin inkişafı, enerji təhlükəsizliyin təminatı və transregional infrastruktur layihələrin irəliləməsinə ayrılıb. Beynəlxalq ticarət əlaqələrinin təşviqi, ixrac potensialının və yerli sənaye məsullarının beynəlxalq rəqabətliyinin artırılması, yüksək texnologiyalar və innovasiyaların tətbiqi, həmçinin qlobal və regional beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi xarici iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil edib.

İl ərzində “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” və “BMT-nin İnkişaf Proqramının 2021-2025-ci illər üçün Azərbaycan üzrə ölkə proqramı sənədi” layihələri razılaşdırılıb, həmçinin BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında Dayanıqlı İnkişaf üzrə 2021-ci ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum zamanı ölkəmizin növbəti Könüllü Milli İcmal təqdim etməsinə dair qərar qəbul edilib. Beləliklə, region və MDB ölkələri arasında Azərbaycan Könüllü Milli İcmal təqdim edəcək ilk ölkə olacaqdır.

Bu il Xarici İşlər Nazirliyinin koordinatorluğu ilə bu il Litva, Ukrayna, İtaliya, Koreya və Macarıstanla Hökumətlərarası komissiyaların iclasları keçirilib.

Beynəlxalq qurumlardakı seçkilər

Beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviqi istiqamətində fəaliyyət cari ildə də davam etdirilib. Xarici İşlər Nazirliyi tərəfindən aparılmış seçki kampaniyasının nəticəsi olaraq sentyabrın 14-də Nyu-Yorkda BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının nümayəndəsi Komitənin üzvü seçilib. Seçkilərdə əldə edilmiş uğurun əlamətdar tərəflərindən biri ölkəmizin nümayəndəsinin ilk dəfə sözügedən quruma seçilməsidir.

Humanitar əməkdaşlıq

2020-ci ildə Xarici İşlər Nazirliyi tərəfindən insan hüquqları və qanunun aliliyi prinsiplərinin təşviqinə cavabdeh olan beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq uğurla davam etdirilmişdir.

Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzdən əziyyət çəkən soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət aparılıb və bu sahədə Azərbaycan tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında irəli sürülmüş dövlətlərarası silahlı münaqişələr zamanı itkin düşmə problemlərini əhatə edən “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Bununla yanaşı, BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 64-cü sessiyasında ölkəmizin müəllifliyi ilə irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs edilənlər də daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamə layihəsi də konsensusla qəbul edilib.

Ermənistanın son təcavüzü nəticəsində həlak olmuş hərbçilərimizin nəşlərinin, eləcə də hərbi əsirlərin və bütövlükdə münaqişə ilə əlaqədar saxlanılmış şəxslərin “hamının hamıya” prinsipi əsasında qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi daxil olmaqla müvafiq beynəlxalq təşkilatlarla aparılmış davamlı işlər nəticəsində əsir və girovların qarşılıqlı qaytarılması başlanıb. 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov da azərbaycanlı əsir və girovlar arasında Vətənə qayıdıblar.

İnsan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan fəal əməkdaşlıqla yanaşı, cari ildə mədəniyyətlərarası dialoqun təşviqinə də böyük önəm verilib. Sentyabrın 21-də ilk dəfə olaraq Azərbaycanın üç şəhəri - Bakı, Gəncə və Qəbələ UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib. Sözügedən şəbəkənin əsas məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, həmçinin rifah və dayanıqlı inkişafı təbliğ etməkdən ibarətdir. Eyni zamanda, il ərzində Azərbaycanın irəli sürdüyü bir sıra milli və çoxmillətli nominasiyalar, o cümlədən “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” və “Miniatür sənəti” nominasiyaları Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

İkitərəfli və çoxtərəfli əlaqələr

Cari ildə ikitərəfli və çoxtərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilib.

Bu il Azərbaycan Respublikası ilə Türkiyə Respublikası, Türkmənistan, Ukrayna, Macarıstan, Koreya Respublikası, Serbiya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası və Çin Xalq Respublikası arasında 28 beynəlxalq müqavilə imzalanıb.

Fevralın 25-də imzalanmış və avqust ayında qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”ə əsasən, hər iki ölkə vətəndaşları üçün 90 gün vizasız qalma müddəti müəyyən edilib. Dekabrın 10-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 2020-ci il 25 fevral tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” imzalanıb. Sözügedən Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq biometrik şəxsiyyət vəsiqəsi və digər sərhədkeçəmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilər. Beləliklə, Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün müqavilə imzalayıb.

Ümumilikdə, cari ildə Türkiyə Respublikası, Türkmənistan, Macarıstan, Bolqarıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Ukrayna, Çin Xalq Respublikası, Serbiya Respublikası, Meksika Birləşmiş Ştatları, Polşa Respublikası, Monteneqro, Koreya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası, İordaniya Haşimilər Krallığı və Tacikistan Respublikası ilə 37 beynəlxalq müqavilənin qüvvəyə minməsi təmin olunub.

Siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası tərəfdaşlıq münasibətləri inkişaf etdirilib.

İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib, həmçinin Azərbaycanın xarici işlər naziri İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.

Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Sentyabrın 30-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Kuba Respublikasında səfirliyi təsis edilib.

Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə iş

İl ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilib.

2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyası istiqamətində aparılan təxliyə prosesi nəticəsində İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar Azərbaycana qayıdıb və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.

Bununla yanaşı, COVID-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15 mindən çox Azərbaycan Respublikası vətəndaşının təxliyəsi həyata keçirilib.

Cari ildə bir sıra ölkələrdə təxliyə üçün müraciət edənlərin sırasında ciddi maddi sıxıntı ilə üzləşən azərbaycanlı tələbələrə Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə maliyyə dəstəyi göstərilib, həmçinin 20 ölkədə yaşayan 600-dən çox son dərəcə çətin vəziyyətdə olan tələbənin hər birinə birdəfəlik maliyyə müavinəti təqdim edilib.

ADA Universiteti

Oktyabrın 5-16-da AIDA və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində 14 ölkənin diplomatları üçün videokonfrans formatında həyata keçirilmiş “Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu çərçivəsində Azərbaycanın daxili və xarici siyasət gündəliyində duran bir sıra aktual məsələlərə dair kurs iştirakçılarına ətraflı məlumat verilib.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti cari ildə üç ikili diplom proqramı imzalayıb: Corc Vaşinqton Universiteti (ABŞ) ilə “Kompüter elmi” və “Data analitikası” sahəsində; MGIMO (Rusiya) ilə MBA-Maliyyə sahəsində magistr proqramı; CEFAM Universiteti (Fransa) ilə “Biznesin İdarəedilməsi” sahəsində bakalavr proqramı. Bundan əlavə, ADA Universiteti Berqamo Universiteti (İtaliya), British Council (İngiltərə) və Kent Universiteti (İngiltərə) ilə akademik layihələr həyata keçirib. ADA Universiteti akademik proqramlarında Maliyyə, Beynəlxalq İnkişaf, Kommunikasiya və Rəqəmsal Media sahələrində yeni bakalavr proqramlarına başlayıb.

Növbəti ildə qarşıda duran vəzifə

2021-ci ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının dövlət mənafeyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi məqsədilə apardığı çevik və praqmatik xarici siyasət fəaliyyətini davam etdirəcək. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsi, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi, habelə enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin uğurla həyata keçirilməsinin təmin edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi və nüfuzunun daha da artırılmasına yönələcək. Xarici siyasət fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı “bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması əsas prinsiplərimizdən biridir” fikri əsasında həyata keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

İsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib

Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?

Laşa Darsaliya: Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir

UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb

Şuşada əyləncəli bayram tədbiri keçirilib

Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub

Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya

İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi

Şəkidə 4 otaqlı ev yanıb, qonşu mənzillər mühafizə olunub

Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub

Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb VİDEO

Xankəndidə Novruz tonqalı alovlandırılıb

Ağalı kəndində İlaxır çərşənbəsi sevinci

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib

Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb VİDEO

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda Bahar festivalı keçirilir

Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Yeni ali təhsil proqramları ilə əlaqədar Təbiət ixtisasları üzrə işçi qrupunun BDU-da növbəti iclası olub

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Göyçayda ev yanıb VİDEO

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Abşeron rayonunda Novruz şənliyi keçirilib

bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib VİDEO

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb VİDEO

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb VİDEO

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub