SİYASƏT


Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni və onun nəticələrini tanımır

Bakı, 23 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) martın 22-də Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və martın 22-də bu ölkənin Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.