İQTİSADİYYAT


Azərbaycan alimləri enerji səmərəliliyinin artırılması istiqamətində fəal tədqiqatlar aparırlar

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əməkdaşları tərəfindən Energetika Nazirliyində “Avropa standartlarına uyğun olaraq Azərbaycanın elektroenergetika sisteminin səmərəliliyinin artırılması” mövzusunda təqdimat keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə elektroenergetika sistemlərinin istismar səmərəliliyinin artırılması, itkilərin azaldılması və bu sistemlərin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində aparılan elmi tədqiqatlar barədə məlumat verilib. Qeyd olunub ki, son illər Azərbaycan alimləri enerji səmərəliliyi məsələlərinə böyük maraq göstərirlər. Əsas məqsədlərdən biri də enerji səmərəliliyinin artırılması, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində tədrisin yaxşılaşdırılmasıdır.

Bu istiqamətlərdə əməkdaşlıq formatını genişləndirməyin vacibliyi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.