İDMAN


Azərbaycan boksçusu Avropa birinciliyinə ermənistanlı idmançı üzərində qələbə qazanaraq başlayıb

Bakı, 10 oktyabr, AZƏRTAC 

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib. Otuz bir ölkənin təmsil olunduğu yarışın birinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançılarımızdan Əli Zamanov (48 kq) Ermənistan təmsilçisi Hayk Alaberkyan ilə üz-üzə gəlib. Qarşılaşmada rəqibinə heç bir şans verməyən Ə.Zamanov 5:0 hesabı ilə qələbə qazanıb. İdmançımız səkkizdəbir finalda Rusiyanı təmsil edən Eduard Voskanyan ilə qarşılaşacaq.

Ə.Zamanovdan fərqli olaraq Zeynəb Rəhimovanın (57 kq) debütü uğurlu alınmayıb. Həmyerlimiz ingiltərəli Saca Hikkiyə 0:5 hesabı ilə məğlub olub.

Yarışın ikinci günündə Ə.Zamanov ilə yanaşı, daha 5 boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepanek, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremski, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovski, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delaney və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə görüşəcəklər.

Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.