SİYASƏT


Azərbaycan diasporu Moskvadakı aztəminatlı ailələrə yardım göstərib

Bakı, 8 aprel, AZƏRTAC

COVID-19 pandemiyasının yaratdığı mövcud şəraitdə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımız müvəqqəti sıxıntı ilə üzləşmiş aztəminatlı ailələrə dəstək göstərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq Moskvanın Azərbaycan İcması (MAİ) humanitar aksiyaya başlayıb. Rusiya paytaxtında yaşayan soydaşlarımızın fədakarlığı sayəsində Moskvanın və Moskva vilayətinin 100-dən çox sakini ərzaq və tibbi ləvazimatlarla təmin olunub. Sakinlərə hüquqi və maddi yardım göstərilib.

MAİ-nin sədri Şamil Tağıyev xeyriyyə təşəbbüsünü dəstəkləyən bütün həmvətənlərimizə təşəkkürünü bildirib və ehtiyac üzündən sözügedən təşkilata müraciət edən hər kəsi dəstəkləməyə çağırıb. Qeyd edib ki, humanitar aksiya karantin müddəti başa çatanadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.