MƏDƏNİYYƏT


“Azərbaycan ədəbiyyatı antologiyası” Fransanın mərkəzi kitabxanalarında...

Bakı, 17 sentyabr, AZƏRTAC

Yaxın aylarda Fransada işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Fransa Milli və Universitet Kitabxanaları şəbəkəsinə (BNU – Bibliotheque Nationale Universitaire) yerləşdirilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitaba İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının fransız dilinə çevrilmiş hekayələri daxil edilib.

Nəşrin yerləşdirildiyi kitabxanalar siyahısına ölkənin Şatenuaz, Müluz, Kolmar və Dövlət Universitet kitabxanaları, habelə “La Locomotive”, Andre Malro, Barr, Yuxarı Reyn Departament mediatekaları və digər aparıcı kitabxanalar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.