Azərbaycan ərazisindən tranzit yükdaşımalar 75 faizdən çox artıb
AzerTAg.az

Bakı, 17 mart, AZƏRTAC
Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı bildirib.
Baş nazir, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin təşviqinə öz töhfəsini verir.
“Tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam edib. Belə ki, 2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb”, - deyə Əli Əsədov əlavə edib.
Xəbərin mətnində orfoqrafik səhv var