CƏMİYYƏT


Azərbaycan əsilli ABŞ hərbçisi Aya göndərilə bilər

Vaşinqton, 13 aprel, AZƏRTAC

ABŞ-da Aya uçuşa namizədlərdən biri məlum olub. Bu, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) zabiti, Azərbaycan əsilli Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.

AZƏRTAC xəbər verir ki, 42 yaşlı Allen Mirqədirov Bakıda doğulub, paytaxtdakı 45 saylı məktəbi bitirib, 1991-ci ildə isə ailəsi ilə birgə Birləşmiş Ştatlara köçüb. O, ABŞ-da San-Diyeqo Universitetini bitirib, aerodinamikanın incəliklərini öyrənib, daha sonra 10 ildən artıq ABŞ HHQ-də xidmət edib.

A.Mirqədirov 2014-cü ildən Marsa, 2019-cu ildən isə Aya uçuşlara namizəddir. Həmyerlimiz ədəbiyyatla maraqlanır, Yuri Qaqarinin həyatı və Molla Nəsrəddinin lətifələri barədə nəşrlər onun sevimli kitablarıdır.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.