İDMAN
Azərbaycan idmançıları “Ironman” turnirində çıxış ediblər
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan idmançıları Barselonada keçirilən nüfuzlu “Ironman 70.3” turnirində çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, yarışlara “Baku Tri Club”ın təmsilçiləri – artıq “çətin məsafələrdə” çıxış təcrübəsinə malik Ülvi Aslanzadə, Aleksandr Parxomovski və Əli Bünyadov qatılıblar.
Mayın qızğın çağına baxmayaraq, atletlər Barselonada qeyri-adi hava şəraiti ilə qarşılaşıblar. Bunu demək kifayət edər ki, suyun temperaturu 15 dərəcə olduğu halda havanın temperaturu 12 dərəcəni keçmirdi.
Bununla belə, bizim triatlet-həvəskarlar 1,9 km üzgüçülük, 90 km velosiqment və 21,1 km qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçiblər. Ə.Bünyadov 5 saat 57 dəqiqə, A.Parxomovski 6 saat 11 dəqiqə, Ü.Aslanzadə isə 6 saat 21 dəqiqə nəticə göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:11]
“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]