İDMAN


Azərbaycan idmançıları aerobika gimnastikası üzrə  Avropa çempionatının finalına yüksəliblər

Bakı, 25 sentyabr, AZƏRTAC 

İtaliyanın Ankona şəhərində keçirilən aerobika gimnastikası üzrə 10-cu Avropa çempionatında iştirak edən Azərbaycan milli komandası ilk dəfə üç proqramda təmsil olunub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçilərimiz hər üç kateqoriya üzrə finala yüksəlməyi bacarıblar.

Final mərhələsində fərdi proqramda ölkəmizi Vladimir Dolmatov təmsil edib. Gimnastımız 20,950 xalla yeddinci pillədə qərarlaşıb.

Komanda yarışında ölkəmizi V.Dolmatov ilə yanaşı, Elçin Məmmədov və Emil Quliyev təmsil ediblər. Komandamız bu proqramda 20,350 xalla səkkizinci yeri tutub.

Yığmamızın ən yaddaqalan çıxışı “Aero Dance” proqramı üzrə yerinə yetirilən kompozisiyada alınıb. Kompozisiyanı Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəyli təqdim ediblər. Milli musiqimizin ritmləri üzərində qurulan elementləri uğurla yerinə yetirən gimnastlarımızın çıxışı beşinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.