SİYASƏT


Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 25-də İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.