CƏMİYYƏT
Azərbaycan ilə Qazaxıstan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Nur-Sultan, 16 sentyabr, AZƏRTAC
Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Aida Balayeva arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub, ölkələrimiz arasında media sahəsində məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan