Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan nizamişünaslığının inkişafında Heydər Əliyev mərhələsi

Azərbaycan nizamişünaslığının inkişafında Heydər Əliyev mərhələsi

Bakı, 9 may, AZƏRTAC

Azərbaycanın ictimai fikir və bədii təfəkkür tarixinin görkəmli nümayəndələrindən biri olan Şeyx Nizaminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində son illər mühüm işlər həyata keçirilib. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan nizamişünaslığı elmi şəkildə formalaşıb.

Müasir Azərbaycan nizamişünaslıq elminin inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, bu sahənin müasir səviyyəyə yüksəlməsi xalqımız üçün heç də asan başa gəlməyib. Bu mənada nizamişünaslıq elmi Nizami Gəncəvinin özü qədər qədim tarixə malikdir.

Bu fikirlər AMEA-nın Gəncə Bölməsində Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Azərbaycan nizamişünaslığının inkişafında Heydər Əliyev mərhələsi” məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Ötən əsrin əvvəllərində Məhəmməd Axundovun, Orucəli Həsənovun, Firudin bəy Köçərlinin, Salman Mümtazın, Əliabbas Müznibin və başqa ədiblərimizin Nizami Gəncəvi ilə bağlı apardıqları tədqiqatlar müasir nizamişünaslıq elminin bünövrəsini qoyub. Belə ki, 1909-cu ildə M.Axundovun Gəncədə çap etdirdiyi “Şeyx Nizami” kitabı nizamişünaslıq tarixində dahi şairimizin irsinə verilən ən mühüm töhfə idi. Yaxud Nizami Gəncəvinin əsərlərinin ana dilinə tərcümə olunmasına qarsı çıxan dairələrə F.Köçərlinin söylədiyi “İnsaf deyil ki, onun möcüznüma kəlamları Avropa dillərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dilimizdə eşidib feyzyab olmaqdan məhrum qalaq”. Firudin bəy Köçərlinin toxunduğu bu problemi S.Mümtaz da təqdir edir və ona özünəməxsus şəkildə münasibət bildirərək yazırdı: “Dahilik rütbəsini alan Nizami kimi bir nadireyi-dəhri dünya bəyənərək təqdir etdiyi kimi, hökumətimiz də təqdir və təhsin etmək istəyir. Azərbaycanın böyük oğullarını Azərbaycan Cümhuriyyəti təqdir etməyəcək, bəs kim edəcəkdir? Bu, hökumətimizin ən birinci vəzifəsidir ki, edir”.

İstər F.Köçərlinin, istərsə də S.Mümtazın fikirlərini təhlil etdikdə, keçən əsrin əvvəllərində dahi şairimizə münasibətin birmənalı olmadığını sezə bilirik. Xüsusilə S.Mümtazın Nizami Gəncəvi ilə bağlı söylədiyi və günümüz üçün də aktual olan Azərbaycan şairi tendensiyasını tutarlı dəlillərlə isbat edib problemə milli məfkurəmiz nöqteyi-nəzərindən yanaşması o dövrdəki nankorlara ən mühüm cavab idi. Belə ki, fars dilində yazdığına görə dahi şairimizin mənşəyini təhrif edənlərə söylədiyi “O əsrlərdə İran və Turanın yetirdiyi türk məşahirlərinin hansı biri türkcə yazmışdır ki, Nizami də yazaydı? Əbu Nəsir Faryabi, Əbu Əli Sina, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Şəbüstəri həm türk ola-ola farsca yazmışlar, bunların səbəbləri araşdırmalı və tədqiq edilməlidir” fikir istiqaməti bugünkü nizamişünaslar üçün də bir üfüq təşkil etməkdədir.

Sadaladığımız bu mülahizələr, fikirlər təkcə XX əsrin 20-ci illəri ilə məhdudlaşmırdı. Xüsusən XX əsrin 30-cu illərindən etibarən başlayan kütləvi repressiyalar da haqqında bəhs etdiyimiz nizamişünaslığın ikinci mərhələsinə mənfi təsirsiz ötüşmədi, çünki S.Mümtaz kimi bir çox vətənpərvər nizamişünaslar amansız rejimin qurbanları oldular. Amma bütün bunlara baxmayaraq, nizamişünas alim Zəhra Allahverdiyevanın qeyd etdiyi kimi, “salamat qalmağa macal tapanların əzmi ilə ən ağır illərdə 1937-39-cu illərdə Nizami irsinin təbliği və öyrənilməsi geniş vüsət aldı”.

M.Rəfili, M.S.Ordubadi, H.Araslı və M.Mübariz həmin ideologiyanın öndəgedənləri idilər. Məhz bu ədiblərin gərgin fəaliyyətləri sayəsində 40-cı illərdən başlayaraq nizamişünaslıq özünün çiçəklənmə dövrünü yaşamağa başladı. Ən mühümü də bu idi ki, adını çəkdiyimiz alimlər təkcə Nizami irsini araşdırmır, eyni zamanda özlərindən sonrakı dövrlər üçün gənc nizamişünaslar yetişdirirdilər. M.Ə.Rəsulzadə, R.Əliyev, M.Arif, M.Cəlal, M.Arif, C.Xəndan, Ə.Sultanlı, T.Kərimli, X.Yusifli, H.Araslı və başqa alimlərimiz məhz onların açdığı milli ideoloji cığırla elm səhnəsinə çıxan alimlər idilər.

Qədirşünas ədiblərimizin, mütəfəkkirlərimizin həyata keçirdikləri fundamental tədqiqatlar, araşdırmalar, əlbəttə ki, sonrakı dövrlərdə bünövrə rolunu oynayacaq, ikinci mərhələ nizamişünaslığının inkişafında böyük əhəmiyyət daşıyacaq. Haqqında bəhs etdiyimiz Azərbaycan nizamişünaslığının bu qədər genişşaxəli inkişafı isə məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, keçən əsrin 80-ci illərində Ümummilli Liderimizin Nizami Gəncəvinin 840 illik yubileyində söylədiyi “Nizami Gəncəvi elə dahidir ki, onun yubileyi hər il keçirilməlidir” fikri Şeyx Nizamiyə olan milli münasibətin ən bariz təzahürü idi. Məqaləmizin əsas ideyasını da böyük azərbaycanlı Heydər Əliyevin Nizami Gəncəvi sevgisi təşkil edir. Hesab edirəm ki, Ulu Öndərin 2000-ci il mayın 24-də Gəncəyə səfəri zamanı dahi şairimizin məqbərəsi önündə söylədiyi nitq bu baxımdan ən gözəl nümunə ola bilər: “...Təbiidir ki, ilk öncə Nizaminin məqbərəsinə gəlmişəm. Bu məqbərənin tarixi böyükdür. İlk dəfə burada, Nizami Gəncəvinin qəbri üzərində abidə 1948-ci ildə tikilibdir. O vaxtlar Nizami Gəncəvinin 800 illik yubileyi keçirilirdi. Ancaq o vaxt yaranmış məqbərə Nizamiyə layiq deyildi. İkincisi, siz yəqin xatırlayırsınız, gəncəlilər bilir ki, burada, yaxınlıqda gil-torpaq kombinatı tikildi. Kombinatın işləməsi üçün əsas xammal alunit idi, texnologiyası da çox yüksək səviyyəli deyildi. Ona görə də orada - gil-torpaq kombinatında alunitin işlədilməsi zamanı toz çıxırdı və Nizami Gəncəvinin məqbərəsini də toz basırdı. Xatirinizdədirmi? Bu bizi narahat edirdi. 70-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman bir çox ziyalılarımız - şairlərimiz, alimlərimiz gəlib Nizami Gəncəvinin məqbərəsini belə halda görəndə mənə bir neçə təklif verdilər. Təkliflər ondan ibarət idi ki, Nizami Gəncəvinin qəbrini başqa yerə köçürmək lazımdır. Bu, ziyalıların xatirindədir. Mən çox fikirləşdim ki, axı necə ola bilər? 800 il bundan öncə bizim dahi şairimiz Nizami Gəncəvini burada torpağa veriblər. 800 ildən artıqdır ki, bu torpaqdadır, bu yerdə yatır. İndi onu narahat edib başqa bir yerə köçürmək nə qədər düzgün olar? Eyni zamanda, bizim ziyalılarımız – şairlərimiz, mədəniyyət xadimlərimiz mənə sübut edirdilər ki, əgər köçürmək mümkün deyilsə... Özlüyündə köçürmək çətin bir şey deyildi, texniki və ya maliyyə cəhətdən elə bir problem yox idi. Amma mənəvi baxımdan, tarixi-mənəvi baxımdan bu, nə qədər düzgün ola bilərdi? Ona görə bu məsələ məni çox düşündürürdü. Bir neçə il bu işlə məşğul olmuşdum. Hər il də ziyalılarımız dəstə-dəstə gəlib mənə deyirdilər ki, gedib Gəncədə Nizaminin məqbərəsini elə görürük, ürəyimiz ağrıyır. Doğrudan da, bax, oradan buranı toz vururdu və qurtarmaq bilmirdi. Təbiidir ki, həmin gil-torpaq kombinatını Nizaminin qəbrinin yanında tikən adamlar böyük tarixi səhv buraxıblar, böyük günah eləyiblər. Gəncənin ətrafında nə qədər istəsən yer var, onu harada istəsəniz tikmək olardı. Onu yaradanlar da bilirdilər ki, bu istehsal elə bir şeydir ki, toz buraxır. Onu bizim ən böyük, ən müqəddəs tarixi abidəmiz olan Nizami Gəncəvinin qəbrinin, məqbərəsinin yanında yerləşdirmək, mən deyərdim ki, vaxtilə mənəvi cinayət olmuşdur...

Amma bütün bunlara baxmayaraq, Nizaminin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu etməlisiniz, biz də etməliyik. Gərək elə olsun ki, indiki nəsil də, gələcək nəsil də vaxtilə buraxılmış səhvləri buraxmasınlar. Mən bu gün böyük hisslərlə Nizaminin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər. Mən Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında bu məsələni qaldıranda - çünki onlarsız bu işi görə bilməzdik - dedilər ki, “840 il yuvarlaq rəqəm deyildir. 800 illiyi qeyd eləmisiniz, 850 illik də ola bilər. Amma 840 olmaz, çünki sonra deyəcəksiniz ki, 845, nə bilim, 847”. Xatirimdədir, Mərkəzi Komitənin ikinci katibi var idi - Suslov, Brejnevin dövründə ikinci katib idi - mənə dedi ki, bu, mümkün deyildir. Mən isə dedim ki, siz Nizami Gəncəvini tanıyırsınızmı? Dedi ki, tanıyıram, yaxşı tanıyıram - Suslov keçmiş işçi idi, Stalinin yanında da işləmişdi, 1948-ci ildə onun yubileyinin keçirilməsindən də xəbərim var. Dedim, yəqin ki, tamam xəbəriniz yoxdur. Nizami Gəncəvi elə dahidir ki, onun nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır. Beləliklə, biz buna nail olduq, o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik. Azərbaycanda, sonra Moskvada çox təntənə ilə keçirdik. O vaxt, yubiley ərəfəsində də qərar verdik ki, buradakı məqbərə yenidən qurulsun, Nizamiyə layiq bir səviyyəyə çatdırılsın. Mən məmnunam ki, bunu etdik. Amma indi içərisinə də, çölünə də baxanda hesab edirəm ki, bundan da yaxşı edə bilərdik. Güman edirəm, əgər vaxt çatsa, biz bunu edəcəyik. Amma vaxt çatmasa, gələcək nəsillər bu məqbərəni bundan da gözəl edəcəklər. Mənim buna şübhəm yoxdur. Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi, ona görə ki, Nizami gəncəlidir, Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır.

Nizaminin xatirəsinə mənim bir xidmətim də olubdur. İndi burada fürsətdən istifadə edib onu da demək istəyirəm. Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə onun 800 illik yubileyi keçiriləndə rus dilinə tərcümə etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə əsərlərinin tamamilə rus dilinə tərcümə olunması və Moskvada - əgər burada ədəbiyyatçılardan varsa, bilirlər, Moskvada “Xudojestvennaya literatura” nəşriyyatı var idi. O, ən yüksək səviyyəli, tarixi şəxsiyyətlərin kitablarını nəşr edirdi - böyük tirajla nəşr olunması barədə qərar qəbul etdik. Bu, asan bir iş deyildi. Mən buna da nail oldum, bu qərar da qəbul edildi. Ancaq elə oldu ki, bu qərar həyata keçirilənə qədər mən Bakıdan Moskvaya işə keçdim. Təbiidir ki, orada da mənim səlahiyyətlərim böyük idi. Bu işə nəzarət etdim və Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında Nizami Gəncəvinin beş cilddən ibarət poemalarının çox nəfis şəkildə nəşr edilməsinə nail oldum. Bunun böyük əhəmiyyəti var. Çünki Nizamini biz tanıyırıq, Şərq ölkələri tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı tanısın. Avropada da tədqiqatçılar tanıyırlar, bir çox kitabxanalarda onun kitabları var. Ancaq rus dili böyük dil, Rusiya böyük ölkə olduğuna görə - o vaxtlar biz Sovet İttifaqının tərkibində idik - bu əsərlərin rus dilində yaxşı, yəni yüksək səviyyədə nəşr olunması o vaxt bizim üçün böyük bir nailiyyət, böyük bir hadisə idi. Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün, kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm”

Ulu Öndərin klassik irsimizin, xüsusilə Nizami Gəncəvinin əziz xatirəsi ilə bağlı başqa bir həyat dərsi də Oqtay Salamzadənin “Əsrlərin sirri” romanıdır. Mərhum Oqtay Salamzadə yazırdı: “Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə 1989-cu ildə Moskvadakı görüşümüz zamanı Nizami Gəncəvinin həyatından bəhs edən “Əsrlərin sirri” kitabımı ona hədiyyə edərkən, o, mənə dedi ki, Nizami ilə kifayətlənmə, Füzulidən də yaz, çünki onun da ədəbi irsi bizim üçün əvəzsizdir. Füzulinin təsiri altında Üzeyir Hacıbəyli, alimlər, rəssamlar gözəl əsərlər yaradıblar. Sən də milli mədəniyyətimizə “Əsrlərin sirri” kimi əsərlə yanaşı, Füzuli fəlsəfəsindən və sevgi iztirabından bəhs edən bir əsər bəxş et! Füzuli bizim mənliyimizdir!”.

Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği və bu sahədə nizamişünas alimlərin yetişdirilməsi məqsədilə Ulu Öndərin təşəbbüsü ilə 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də “Nizami məqbərəsinin qorunması”, 1979–cu il yanvarın 1-də “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq” tədbirləri haqqında, 1981-ci ildə iyulun 28-də isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarlarının qəbul edilməsi onlarla nizamişünas ziyalıların yetişməsinə yol açdı.

Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, nizamişünaslıq dünya elmi olsa da, Azərbaycan dünya nizamişünaslığının mərkəzidir. Dünya ölkələrində Nizami Gəncəvi haqqında yazılanlar tərəzinin bir gözünə, Azərbaycanda aparılan tədqiqatlar, çap olunan kitablar və tərcümələr tərəzinin o biri gözünə qoyulsa, Azərbaycan nizamişünaslığı ağır gələr.

Bu gün qətiyyətlə deyə bilərik ki, nizamişünaslıq elminin sadaladığımız inkişaf mərhələləri daha çox sovet təbliğatı ilə məhdudlaşırdısa, artıq nizamişünaslıq elminin inkişafında həlledici mərhələni müstəqillik dövründə Azərbaycan dövlətinin birbaşa iradəsi və qayğısı təşkil edir və bilavasitə dahi şairimizin doğma vətəni Gəncə ilə əhatələnib.

Belə ki, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamı, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı nizamişünaslığın inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə təkan verib. Bunun nəticəsi olaraq Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin yaradılması, Mərkəzin birbaşa təşəbbüsü ilə Nizami Gəncəvi işığında 2011-ci ildən ənənəvi olaraq Qlobal Bakı Forumunun keçirilməsi, Nizami Gəncəvi adına Qızıl Medalın təsis edilməsi, İngiltərənin Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin fəaliyyətə başlaması müasir Azərbaycan nizamişünaslığının tarixi nailiyyətidir. Bununla da Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq xalqımız bütün yaradıcılığı boyu ümumbəşəri ideyaların carçısı olan dahi şairimiz Nizami Gəncəvinin yubileylərini dahi mütəfəkkirin öz yurdunda, müstəqil dövlətimizlə, Azərbaycan və dünya nizamişünasları ilə birgə qeyd edib və qeyd etməkdə davam edir.

Yazımızın sonunda tarixi bir məqama toxunmaq istəyirik. Səfərə gedərkən yolu Gəncədən düşmüş S.Ə.Şirvani məqbərəsi tamamilə dağılmış N.Gəncəviyə xitabən bu şeiri yazırdı:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan.

Olmuşmu səninlə mən kimi aləmdə,

Beyti, evi, məktəbi, kəlamı dağılan?

Bəli, bu, o dövrdə belə olub. Biz isə XXI əsrdən hər iki mütəfəkkirə səslənərək deyirik: sizdən sonrakı nəsillər, müstəqil dövlətimiz və vətəndaşları Nizami Gəncəvi dühasına laqeyd qalmadılar, əksinə, bu dühanın işığına toplaşaraq dahi şairimizin yubileyini dünya miqyasında təntənə ilə qeyd etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk