İDMAN
Azərbaycan şahmatçıları “Yaz festivalı”nın üçüncü turunu məğlubiyyətsiz başa vurublar
Bakı, 12 aprel, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən şahmat üzrə "Yaz festivalı”nın üçüncü turunun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları festivalın üçüncü turunu məğlubiyyətsiz başa vurublar. Əvvəlki iki turda qalib gələn Nail Bəşirli üçüncü turda Hindistan təmsilçisi Kalyan Arcun ilə heç-heçə edib. Hazırda şahmatçımızın aktivində 2,5 xal var. Aktivində 1 qələbə və 1 heç-heçə olan Vüqar Əsədli malayziyalı Vonq Cianvenə qalib gələrək xalların sayını 2,5-ə çatdırıb. Bu turda Zaur Bayramov da qələbə qazanıb. İsveçrəli rəqibi Aditya Subramanianı məğlub edən şahmatçımız turnir cədvəlində xeyli irəliləyib. Şahmatçımız üç turun yekununda 1,5 xal toplayıb.
Yarışda 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]