İQTİSADİYYAT


Azərbaycan şirkəti Litva şirkəti ilə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb

Kölndəki “Anuga 2019” sərgisində 18 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Almaniyanın Köln şəhərində təşkil edilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 18 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Azərbaycan məhsulları sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

Artıq Azərbaycanın fındıq istehsalı ilə məşğul olan “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub.

“Anuga 2019” sərgisi oktyabrın 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.