İlya Kaxaşvili: Qida Sənayesi sərgisində iştirak etməkdən çox məmnunuq
Bakı, 17 may, AZƏRTAC
Şirkətimiz Azərbaycanda ilk dəfədir. Bakı Ekspo Mərkəzində keçirilən mötəbər sərgidə iştirak etməkdən çox məmnunuq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Ekspo Mərkəzində keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərinin iştirakçısı olan Gürcüstanın “National Delicacy ND LLC” şirkətinin təmsilçisi İlya Kaxaşvili deyib.
Sərginin yüksək səviyyədə təşkil edildiyini bildirən İ.Kaxaşvili şirkətin 2016-cı ildən fəaliyyət göstərdiyini və hazır məhsulların istehsalı üzrə ixtisaslaşdığını söyləyib.
Qeyd edib ki, şirkətdə əsasən gürcü mətbəxi üçün yeni texnologiyaya əsaslanana milli delikateslər istehsal edilir: “Onun hazırlanma texnologiyası təqribən 20 dəqiqə təşkil edir. Sterilizasiyadan sonra məhsul öz keyfiyyətini itirmir. Onun daşınması da çox asandır. Saxlanma müddəti 2 il olan məhsullar başlıca olaraq ordu və fövqəladə hallar üçün nəzərdə tutulub”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]