İQTİSADİYYAT
“Azərbaycan suvenirləri” MMC-nin inzibati binası yenidən qurulur
Bakı, 3 yanvar (AZƏRTAC). Yasamal rayonundakı Zərdabi küçəsi, 74 ünvanında (keçmiş Zərgərlik Fabrikinin yerində) “Azərbaycan suvenirləri” MMC-nin 6 mərtəbəli inzibati binası yenidən qurulur.
Bakı Dövlət Layihə İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, hazırda binanın 6-cı mərtəbəsində tikinti-quraşdırma işləri gedir. Binanın istehsalat hissəsində isə xüsusi təyinatlı avadanlığın quraşdırılmasına başlanmışdır.
Tikinti işləri cari ilin ortalarında başa çatdırılacaqdır.
Həmin ünvanda hündürmərtəbəli binanın tikintisi də davam etdirilir. Layihəyə görə, burada 2 mərtəbəli yeraltı dayanacaq da tikiləcəkdir. Dayanacağın üzərində isə müasir park salınacaqdır.
Binanın tikinti işləri başa çatdırılmaq üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]